AZ

Peru iqlim dəyişiklikləri ilə mübarizədə daha iddialı tədbirlərə çağırır

Bakı. Trend:

Ölkələr iqlim dəyişiklikləri ilə mübarizədə daha iddialıolmalıdırlar.

Trend xəbər verir ki, bunuPeru Təbii Resursların Strateji İnkişafı üzrə vitse-naziri RakelSoto Torres COP29 Sammitində milli bəyanatı ilə çıxış edərkənbildirib.

"Iqlim dəyişikliyi bütün dünyada güclənir və Peru onun dağıdıcıtəsirlərindən kənarda qalmır. Həssas ekosistemlərə malik olanölkəmiz quraqlıqlar, Amazoniyada meşə yanğınları və buzlaqörtüyünün itirilməsi kimi mənfi təsirlərlə üzləşir", - deyə obildirib.

O xatırladıb ki, Peru iqlim dəyişikliklərinə dair MilliAdaptasiya Planını hazırlayıb və bu planı milli iqlim dəyişikliyistrategiyasına və NDC-yə inteqrasiya edib. Bununla belə, buaddımlara baxmayaraq, iqlim proqramlarının maliyyələşdirilməsikifayət qədər deyil. Həmçinin, iqlim dəyişikliyinin təsirlərininazaldılması proqramlarının istiqamətlərini təcili olaraq yenidənnəzərdən keçirmək, daha iddialı hədəflər qoymaq və öhdəliklərihəyata keçirmək vacibdir.

"Peru adaptasiya və iqlim dəyişikliyinin təsirlərininazaldılmasını milli siyasətinə inteqrasiya etmək üçün fəal işləyir,lakin bu səyləri həyata keçirmək və iqlim fəlakətlərindən gələnzərərləri qarşılamaq üçün resurs çatışmazlığı ilə üzləşir. Perutərəfindən atılmış əsas addımlardan biri, iqlim dəyişikliyinintəsirlərinin azaldılması tədbirlərinin Milli Reyestrinintənzimlənməsi üzrə sənədin hazırlanmasıdır. Bu sənəd karbonkreditləri bazarının şəffaf və səmərəli işləməsini təmin edəcək", -deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
2
az.trend.az

3Mənbələr