AZ

Tanınmış aktrisadan MÜNASİBƏT: “Tamaşaçı nifrətini qazanırsansa…”

Bəzi aktyorlar var ki, mənfi obrazlara çəkilməkdən imtina edir. Buna səbəb canlandırdığı obraza görə sosial şəbəkələrdə ünvanına yazılan mənfi rəylər və qazandığı nifrət hissidir. Ona görə də yalnız müsbət obrazlara çəkilməyə üstünlük verir. Bəzi aktyorlar isə əksinə, mənfi obraza görə qazandığı nifrəti uğur kimi dəyərləndirir.

Yenicag.az-a açıqlama verən aktrisa Sabirə Abdullayeva da məhz belə sənətçilərdən biridir.

Aktrisa onun üçün obrazın mənfi, ya müsbət olmasının fərq etmədiyini bildirib:

“Obraz ya müsbət olsun, ya mənfi; bunun mənim üçün heç bir fərqi yoxdur. Hesab edirəm ki, işini bacaran peşəkar aktyor üçün amplua söhbəti olmamalıdır. Aktyor, aktrisa hər xarakteri canlandırmağı, oynamağı bacarmalıdır. Əgər aktyor oynadığı obrazla tamaşaçının nifrətini qazanırsa, deməli, obrazın öhdəsindən uğurla gəlib, işini layiqincə bacarıb. Tərifləmək, sevmək isə daha asandır”.

Cəvahir

Seçilən
25
yenicag.az

1Mənbələr