Gürcüstanın U-21 millisi Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib.
QOL.az xəbər verir ki, komanda ötən gecə pley-off mərhələsinin cavab oyununda Xorvatiya ilə qarşılaşıb.
Bu komandalar arasında ilk matç Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci görüşün əsas vaxtında isə Gürcüstan 3:2 hesablı qələbə qazanıb. Buna görə də əlavə vaxt oynanılıb.
Əlavə olunan 30 dəqiqə ərzində qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə Gürcüstan 7:6 hesabı ilə qalib gəlib və Avro-2025-in final məhələsinə adlayıb.
Beləliklə, Gürcüstanın U-21 millisi tarixində 2-ci dəfə Avropa çempionatında iştirak edəcək. Komanda daha əvvəl 2023-cü ildə ev sahibi kimi qitə çempionatının final mərhələsində yarışıb.