AZ

Avropa İnvestisiya Bankının eksperti: COP29-da maliyyə hədəfinə nail olunacağına inanıram

"COP29-da maliyyə hədəfinə nail olunacağına inanıram".

Bunu APA-ya açıqlamasında Avropa İnvestisiya Bankının iqlim dəyişikliyi üzrə baş eksperti Nensi Sayç deyib.

"Avropa İnvestisiya Bankının nümayəndəsi olaraq COP29-da müşahidəçi kimi iştirak edirik. Mən çox ümidliyəm ki, bu ilki COP-da maliyyə hədfinə nail olunacaq. Plenumda tərəflərin çıxışını, həmçinin COP29 Prezidentinin, Saymon Stilin nitqini dinlədim. Biz çox ümidliyik ki, onlar bütün müxtəlif fikirlər arasında konsensus tapacaqlar. Bizim inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyəsi hədəfinə ehtiyacımız var. Bu aydın məsələdir və məncə həftənin sonuna qədər buna nail olacağıq", - deyə o qeyd edib.

Seçilən
48
apa.az

1Mənbələr