AZ

COVID virusu xərçəngin müalicəsində istifadə olunacaq

ABŞ tədqiqatçıları şişlərin ölçüsünün kiçilməsinə səbəb olan COVID infeksiyası ilə xərçəng reqresiyası arasında inanılmaz əlaqə tapıblar.

"Cebheinfo.az" xarici mediaya istinadla xəbər verir ki, Alimlər heyvan və insan toxumalarından istifadə edərək, xəstəlik törədən "SARS-CoV-2" virusunun RNT molekullarının immunitet sistemində aşkar edildiyini təyin ediblər.

Alimlərin fikrincə, "induksiya olunan qeyri-klassik monositlər" və ya "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng yaradan hüceyrələrə təsir edir.

Tədqiqatçıların fikrincə isə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır. Bu hüceyrələr mövcud müalicələrə davamlı olan xərçənglərin müalicəsində istifadə oluna bilər.

Şiddətli Covid-19 tərəfindən aktivləşdirilən hüceyrələrin xərçənglə mübarizə üçün bir dərmanla stimullaşdırıla biləcəyini aşkar edən elm adamları, xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngi üçün cavab gördüklərini qeyd ediblər.

Tədqiqat hələ başlanğıc mərhələsində olmasına və effektivliyinin yalnız heyvanlar üzərində araşdırılmasına baxmayaraq, bu yanaşmanın digər müalicələrə cavab verməyən irəliləmiş xərçəng xəstələrinə fayda gətirmək üçün istifadə olunacağına ümid verdiyi ifadə edilir.

Xüsusi hüceyrələr inkişaf etdirərək, ənənəvi müalicə üsullarından nəticə almamış xərçəng xəstələri üçün potensial olaraq yeni bir yol yarada bilər.

Seçilən
14
11
cebheinfo.az

10Mənbələr