AZ

Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 25 faiz azalıb

Aİ-nın Gürcüstanın ixracatındakı payı 10 illik minimuma enib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Bildirilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Aİ ölkələrinə 456 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da keçən ilin göstəricilərindən 25 faiz azdır. Nəticədə Aİ-nin Gürcüstanın ümumi ixracatındakı payı 8,4 faizə enib. Müqayisə üçün, 2020-ci ildə bu rəqəm 20,5 faiz, 2015-ci ildə isə 28,3 faiz olub.

Qeyd edək ki, ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.

Seçilən
2
1
yeniazerbaycan.com

2Mənbələr