AZ

İtaliya XİN rəhbəri Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini bildirib

Ukraynada münaqişə 2025-ci ildə bitəcək.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu fikri İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbəri və baş nazirin müavini Antonio Tajani “La Stampa” qəzetinə müsahibəsində bölüşüb. Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanın təsirinə boyun əyməyəcək. “Zelenski nikbindir ki, müharibə 2025-ci ildə bitəcək və mən onunla razıyam”, – nazir bildirib. Onun sözlərinə görə, Ukrayna hərbi münaqişə başa çatdıqdan sonra Şimali Atlantika Alyansına qoşulacaq və Avropa İttifaqına daxil olmaq prosesinə başlayacaq.

Tajani əlavə edib ki, İtaliya Rusiya Federasiyası ərazisinin dərinliklərinə hücum etmək üçün Qərb silahlarından istifadə edilməsinə qarşıdır: “Biz Rusiya ilə müharibə aparmırıq. Bu məsələ ilə bağlı siyasətimiz digər ölkələrdən fərqlidir”. İtaliyalı diplomat gərginliyin artmasında Moskvanı da günahlandırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr