AZ

Rusiya müharibəyə HAZIRLAŞIR: “Onların itirəcəyi bir şey yoxdur”

“Rusiya taktiki nüvə silahından istifadə edə bilər”.

Bu sözləri Ukraynanın ABŞ istehsalı olan ATACMS-lardan istifadə etməsi, Rusiyanın atacağı addımları Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Yer kürəsi artıq Üçüncü Dünya müharibəsinin astanasındadır:

“Rusiya hərbi doktrinasında dəyişiklik etdi və nüvə silahından hansı hallarda istifadə edəcəyinə yenidən baxdı. Rusiya ərazisinə hücuma hansı ölkələr icazə verirsə, o dövlətlərin də Rusiya ərazisinə hücumu kimi qiymətləndirilir. Rusiya Nijni Novqorod vilayətində, Dzerjinski şəhərində mobil sığınacaqlar hazırlayır. Bu, ondan xəbər verir ki, ruslar böyük müharibəyə hazırlaşır”.

Hərbi ekspertin fikrincə, Ukraynanın ATACMS-lardan istifadəsi döyüş səhnəsində qlobal dəyişikliklərə gətirib çıxarmayacaq:

“Ukrayna logistika yollarına, cəmləşmə rayonlarına zərbələr endirə bilər. Güman etmirəm ki, Kiyev həmin silahlardan yaşayış məntəqələrinə, şəhərlərə zərbələr endirsin. Belə bir hal olduğu halda Rusiya taktiki nüvə silahından istifadə edə bilər. Taktiki nüvə silahı isə müəyyən ərazini əhatə edir”.

“Bu çox təhlükəli bir oyundur və biz Üçüncü Dünya müharibəsinin astanasındayıq. Rusiyanın da itirəcəyi bir şey yoxdur. Dövlət xalqı müharibəyə hazırlayır. Çin də Tayvanla bağlı iddialarını artırıb. Bu da böyük bir təhlükədir. Digər yandan, Yaxın Şərqdə müharibə daha da şiddətlənib. Hazırkı vəziyyətə baxdıqda müharibənin yekunlaşacağını düşünmürəm”.

Səxavət Məmməd

Seçilən
21
yenicag.az

1Mənbələr