AZ

Ali Yerlikayanın parlamentə girməsinə mane oldular - Video

Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya TBMM-də hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, CHP-li deputatlar Yerlikayanın qarşısını kəsərək, zala daxil olmasına mane olmaq istəyiblər.

Onların reaksiyaları nazirin salona daxil olmasından sonra da davam edib.

Hadisə ilə bağlı AK Partiya sözçüsü Ömər Çelik də açıqlama verib: "TBMM-də bəzi CHP-li deputatların daxili işlər naziri Ali Yerlikayaya hücumu barbarlıqdır. Biz bu hücumu qınayırıq. Parlamentdə quldurluq qəbuledilməzdir".



Seçilən
6
2
qafqazinfo.az

3Mənbələr