AZ

AİB şəhərlərdə əlçatanlıq və mobilliyə xüsusi diqqət yetirir – Bankın qrup rəhbəri

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) şəhərlərdə əlçatanlıq və mobilliyintəmin edilməsinə xüsusi diqqət yetirir.

Trend xəbər verir ki, bunuAİB-in nəqliyyat sektoru üzrə qrup rəhbəri Ceymi Lezer COP29çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması"sessiyasında çıxış edərkən bildirib.

"Şəhər nəqliyyat sistemində düzgün balansın əldə olunması üçünsistemli yanaşma vacibdir. Bu yanaşmaya, məsələn, şəhərdaxilisəfərlərin 70-30 nisbətində bölünməsi daxildir: 70 faiz ictimai vəqeyri-motorlu nəqliyyata, 30 faiz isə fərdi səfərlərə aidolmalıdır. Bu yanaşma şəhər nəqliyyatının ekoloji təmizliyini təminedəcək. ADB, Asiya-Sakit Okean regionu üçün iqlim bankı olaraq,şəhərlərdə əlçatanlıq və mobilliyə xüsusi önəm verir vəinfrastruktur layihələrinə kompleks investisiyalar və əməliyyattəkmilləşdirmələri vasitəsilə ekoloji təmiz nəqliyyatıdəstəkləyir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr