AZ

COP29-un baş danışıqçısı: Artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır

"Avstraliyanın İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinə 32,5 milyon dollar vəsait ayırmasını yüksək qiymətləndiririk".

APA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuat konfransında söyləyib.

O əlavə edib ki, Yeni Kollektiv Kəmiyyət Hədəfinə dair müzakirələrdə tərəflər indiyədək dəfələrlə bir araya gəlib: "Biz tərəflərə yekun razılaşmanın əldə edilməsində qərarlı göründüklərinə görə təşəkkür edirik. Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır. Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi və BƏƏ ilə razılaşma üzərində işləyirik. Bu sənədlərin yarısı bu gecə açıqlanacaq. Çünki mətnlər üzərində iş hələ yekunlaşmayıb. Tərəflər ən kompleks məsələləri müzakirə etməli, müxtəlif həll variantları və təkliflər müəyyənləşdirilməlidir. Burada verilən qərarlar nəticəsində Paris İqlim Razılaşmasının birinci onilliyindən ikinci onilliyinə keçməyə hazır olacaqlar".

Seçilən
24
2
apa.az

5Mənbələr