Bakı. Trend:
Son illərdə ildə 13 faizə qədər xərc artımına getmişik. Əsasgücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindiricihaldır, bu sahədən gələn gəlirlərimiz artır. Ona görə çalışmalıyıqki, tarazlığı kəskin surətdə pozmayaq.
Trendxəbər verir ki, bunuMilli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanımaliyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, "Azəristiliktəchizat"a dövlət büdcəsindənildə 46 milyon manat vəsait ayrılır:
"Bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidənyığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərərəmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görədaha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlıtəkliflər var və hazırda işlənilir".