AZ

Aİ-95 markalı benzin UCUZLAŞACAQ? – Mühüm AÇIQLAMA

Yaxın gələcəkdə Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil ediləcək. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

Nəzərə alaq ki, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb və tənzimlənən qiymətlərlə 1,60 manata satılır. Aİ-98 markalı benzin isə ölkəmizdə istehsal edilmir.

Bəs, Aİ-95-in dövlət tərəfindən tənzimlənməsi bu markalı yanacağın ucuzlaşmasına gətirib çıxaracaq?
 

MÖVZU İLƏ BAĞLI:

Aİ-95 markalı benzinin qiyməti ilə bağlı YENİLİK


Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənməsinə yenidən keçidi ciddi maraq doğurur:

"Nəzərə alaq ki, Aİ-95 markalı benzinin qiyməti əvvəllər də dövlət tərəfindən tənzimlənirdi. Sonradan Nazirlər Kabinetinin qərarı ilə bu dövlətin nəzarətindən çıxarıldı. Faktiki olaraq, enerji şirkətləri bu növ benzini son aylara qədər xaricdən gətirirdilər. Qiymətləri də onlar müəyyən edirdilər. İndi bu məsələ yenidən dövlət tərəfindən tənzimlənməyə başlayacaq".

Müsahibimiz hesab edir ki, Aİ-95 markalı benzinin qiyməti onsuz da Tarif Şurası tərəfindən tənzimlənir:

“Sonuncu dəfə bu markalı benzinin qiyməti 1,60 manat müəyyən edilib. Ona görə də yaxın zamanlarda bu və digər markalı benzinin qiymətinin aşağı salınması gözlənilmir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr