AZ

Sabit qəbz xidmət mərkəzinə müraciət edilmədən elektron qaydada təqdim ediləcək

Sabit qəbz xidmət mərkəzinə müraciət edilmədən elektron qaydada təqdim ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Hazırda Vergi Məcəlləsinin 221.8.5-ci maddəsinə əsasən sabit qəbz almaqla fəaliyyət göstərən fiziki şəxslər müvafiq fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Layihəyə əsasən, vergi ödəyiciləri arasında məmnunluq səviyyəsinin artırılması məqsədilə qeyd edilən maddəyə yeni tənzimetmə ilə bağlı müddəalar əlavə edilir. Belə ki, vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə ödədikdən sonra sabit qəbz vergi orqanına müraciət etmədən bir iş günündən gec olmayaraq elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Seçilən
5
4
operativmm.az

5Mənbələr