AZ

Endirim fırıldaqları ilə bağlı problemlər nə vaxt həllini tapacaq? — AÇIQLANDI

"Qara Cümə endirimləri ilə bağlı ənənəvi problemlər hər il yaranır. Azərbaycanda həmişə bu problemlər var. Hər il biz bu günlərdən öncə problemlərlə bağlı danışırıq. Ancaq problemlər aradan qalxmır. Çünki nəzarət mexanizmi yoxdur. Bazarda qiymətlər sərbəst şəkildə müəyyən edilir. İş adamları Qara Cümədən öncə qiymətləri kəskin artırırlar. Endirim günlərində isə hətta, 90 faizə qədər endirim tətbiq edirlər. Nəticədə yenə məhsullar satmaq istədikləri qiymətə satılır". 

Bu sözləri Demokrat.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bunun nəzarət mexanizmi olmadığına görə şikayət də etmək mümkün olmur:



"Mal sahibi məhsulu hansı qiymətə satdığını özü bilər. Bizdə ticarət şəbəkələrinin əsas məsuliyyəti vergidir. Qazancdan vergi verməlidirlər. Bir də istehlakçıların hüquqları ilə bağll bəzi maddələr var. Məsələn köhnə, sağlamlığa zərərli olacaq məhsullar satılmamalıdır. Bunlar qeyri-ərzaq məhsullarına da aiddir. Çünki geyim də sağlamlığa zərərli ola bilər. Bu cür nızarət mexanizmləri var. Qiymətə isə nəzarət mexanizmi mövcud deyil".

Ekspert qeyd edib ki, qiymətə ən yaxşı nəzarət vətəndaş tərəfindən edilməlidir:

"Rəqabətli mühitdir. Dünyada belədir ki, hansısa iş adamı vətəndaşı aldatmaq üçün müəyyən addımlar atırsa, bu haqda ictimai müzakirə açılırsa, həmin adam iflas edir. Ona görə də onlar öz imiclərini qorumaq üçün belə addımlar atmırlar. Bizdə rəqabətli mühit və ictimai müzakirələrlə bağlı problem olduğuna görə məsələ illərdir öz həllini tapmır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
27
demokrat.az

1Mənbələr