AZ

COP for HOPE: Hər kəsin əldə edilmiş razılaşmalara sadiq qalması çox vacibdir - Niderlandlı iştirakçı

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz COP29-un Niderlandlıiştirakçısı Yan Herman Piter Ten Bruqenseytdir.

Müsahibimiz Trend-ə bildirib ki, hər kəsin son bir neçəildə əldə edilmiş razılaşmalara sadiq qalması çox vacibdir.

O, bu məqamda danışıqların necə nəticələnəcəyiniproqnozlaşdırmağın çətin olduğunu deyib:

"Danışıqların necə nəticələnəcəyini bu məqamda demək çətindir.Hesab edirəm ki, burada təşkilatçılıq yaxşı təşkil olunub. Təbiiki, hər il COP danışıqları aparılır. Heç də həmişə uğurlu və asanolmur. Ona görə də indidən proqnozlar vermək çətindir, ammahəqiqətən, yaxşı nəticəyə ümid edirəm".

"Düşünürəm ki, əsas mesaj ondan ibarətdir ki, bizə iqlim üçünlazımi miqdarda maliyyə vəsaiti lazımdır. Ancaq o da aydındır ki,bu, 20 və ya 23 ölkənin görə biləcəyi bir iş deyil. Buna daha çoxölkənin töhfə verməsi lazımdır. Bu, həqiqətən ehtiyac duyulan birməsələdir. Hər kəsin son bir neçə ildə əldə edilmiş razılaşmalarasadiq qalması da çox vacibdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr