AZ

"Dərinliklərinə zərbə endirilərsə, Rusiya ancaq bu ölkələri vura bilər" - ŞƏRH

Xəbər verdiyimiz kimi, Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Doktrinaya əsasən, nüvə silahından istifadə qərarı prezident tərəfindən veriləcək və hərbi bloka daxil olan hər hansı ölkənin Rusiya Federasiyasına qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, indiki məqamda yenilənmiş nüvə doktrinasının təsdiqlənməsi təsadüfi deyil:

 

“Bu, Ağ Evin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsindən sonrakı günlərə uyğun gəlir. Yəni Kremlin yenilənmiş nüvə doktrinasını təsdiqləməsi, şübhəsiz, Ağ Evin qeyd etdiyimiz qərarına cavabdır. Yenilənmiş nüvə doktrinasında diqqət çəkən bir neçə məqam var. Birincisi, ona aydınlıq gətirək ki, “hərbi blok” deyəndə, sözsüz ki, NATO nəzərdə tutulur.  ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmasına icazə verməsi Vaşinqtonun savaşdakı iştirak dərəcəsini artırır. Belə olan halda Rusiyanın birbaşa ABŞ-yə cavab verəcəyi inandırıcı görünmür. Buna Moskvanın cəsarəti çatmaz. Çox güman, ABŞ-nin müdaxiləsinə cavab olaraq Rusiya digər – daha zəif Alyans ölkələrinə zərbə endirmək barədə düşünür. Bu baxımdan Baltikyanı ölkələr üçün risk daha çoxdur”.

 

Siyasi şərhçi qeyd etdi ki, yaxın günlərdə Baltikyanı ölkələr özlərinin təhlükəsizlik və müdafiə qabiliyyətini artırmaq barədə məlumat yayacaqlar:

 

“Yenilənmiş nüvə doktrinasında Belarusun adının xüsusi çəkilməsi də diqqət çəkir. Belə nəticəyə gəlmək olar ki, Moskva və Minsk bundan sonra da ümumi təhdidlərə qarşı birgə mübarizə aparacaq.  Nəhayət, yenilənmiş nüvə doktrinası Rusiyanın nüvə silahından istifadən etməsi ehtimalını artırır.  Ümumilikdə demək olar ki, yenilənmiş nüvə doktrinası Rusiyanın Avropa ölkələrinə hücum etməsi və nüvə silahını tətbiq etməsinə zəmin yaratmaq cəhdidir”.

 

Günay Rəsulqızı
 

Seçilən
33
1
sfera.az

1Mənbələr