AZ

Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır

Vyetnam inkişaf etmiş ölkələri xüsusilə də ehtiyacı olan ölkələr üçün ədalətli və əlçatan maliyyələşdirmə məsələsində iqlim öhdəliklərini yerinə yetirməyə çağırır.

“İki sahil” xəbər verir ki, bunu Vyetnamın təbii sərvətlər və ətraf mühit nazirinin müavini Le Konq Than COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, Vyetnam COP29-un "Yaşıl dünya naminə həmrəylik" mövzusunu dəstəkləyir ki, burada ambisiyaların artırılması və fəaliyyətin təmin edilməsi kimi iki əsas sütun ön plana çəkilir.

Nazir müavini həmçinin Azərbaycanı COP29-un yüksək səviyyədə təşkili və əhəmiyyətli nəticələrin əldə edilməsi münasibətilə təbrik edib.

Seçilən
22
3
ikisahil.az

4Mənbələr