AZ

Alimlərdən sensasion kəşf: COVID xərçəng hüceyrələrinə hücdum edir və...

ABŞ tədqiqatçıları COVID infeksiyası ilə xərçəng reqresiyası arasında inanılmaz əlaqə tapıblar.

Publika.az xəbər verir ki, alimlər xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.

Alimlərin fikrincə, "induksiya olunan qeyri-klassik monositlər" və ya "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir.

Elm adamları sınaq zamanı xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngi üçün müsbət nəticələr aldıqlarını qeyd ediblər.

Seçilən
8
1
publika.az

2Mənbələr