Danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin "Mançester Yunayted"dəki aqibətinin necə olacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, cari mövsümün sonunda MY ilə müqaviləsnin müddəti başa çatacaq 32 yaşlı futbolçu ilə yeni anlaşma imzalanmayacaq. Mənbə 2022-ci ilin yayından "qırmızı şeytanlar"ın formasını geyinən futbolçu ilə yolların ayrılacağını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm Mançester təmsilçisində bütün turnirlərdə 13 matça çıxan Kristian 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə onun xidmətində "Yuventus"un maraqlı olduğu barədə informasiyalar dərc edilib.
Nihat