AZ

Sürücülərin qayda pozuntusu bildiyi bu hərəkətin cəriməsi yoxdur - VİDEO

Yol hərəkəti qaydalarını bilməyən sürücülər bir çox hallarda qaydalarla hərəkət edənlərə irad bildirirlər. Bu azmış kimi mübahisə edərək özlərinə haqq da qazandırırlar.

Avtosfer.az xəbər verir ki, paytaxtın İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsində nişanlanma xətti həm düzünə, həm də sola dönməyə icazə verir. Qanunvericiliyə görə, hərəkətin sola icazə verildiyi yerlərdə geriyə də dönmək qaydalar çərçivəsində sayılır. Lakin sözügedən kəsişmədə geriyə dönən zaman arxadan gələn sürücülər həmişə siqnal verərək narazılıqlarını bildirirlər. Onlar elə düşünürlər ki, oradan geriyə dönmək qadağandır və bu manevri edənlər onların qarşısını kəsirlər.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü sola dönmə işığını yandırıb manevrə başlayırsa, onu sağdan ötmək lazımdır. Qeyd etdiyimiz yolayrıcında hərəkət edən sürücülər siqnal vermək əvəzinə, geriyə dönən nəqliyyat vasitələrini sağdan ötərək keçib getməlidirlər.

 

Nərmin

Seçilən
4
avtosfer.az

1Mənbələr