AZ

SON DƏQİQƏ! ABŞ Administrasiyası Britaniyanın "Storm Shadow" raketlərinin Rusiyaya qarşı istifadəsinə icazə verdi

“The Times” qəzetinin Downing Street-dən əldə etdiyi məlumatlara əsasən, ABŞ Prezidenti Co Bayden administrasiyası Britaniyanın uzaqmənzilli Storm Shadow raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün istifadəsinə razılıq verib.

Musavat.com -un hazırladığı zəbərə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və onun hökuməti “əməliyyat səbəblərinə” görə Storm Shadow raketləri ilə bağlı rəsmi bəyanatlar verməyəcək. Bununla, Rusiya üçün döyüş meydanında strateji üstünlük əldə etmək imkanının qarşısını almaq məqsədi güdülür.

Məlumata əsasən, London bir neçə ay ərzində Vaşinqtondan Storm Shadow raketlərinin Rusiyaya qarşı istifadəsinə icazə almağa çalışıb. Hərçənd ki, bu raketlər Britaniyaya məxsusdur, onların uğurlu istifadəsi ABŞ-ın təqdim etdiyi naviqasiya sistemləri olmadan mümkün deyil.

Bu razılıq Moskva və Qərb arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər. Xüsusilə də, Rusiya tərəfi Qərb silahlarının bu cür istifadəsinə sərt cavab verməklə hədələyir. ABŞ və Britaniya isə bu addımın Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıdığını bəyan edirlər.

Qeyd: Storm Shadow raketləri uzaqmənzilli və dəqiqliklə hədəf vuran texnologiyalarla təchiz edilib. ABŞ-ın bu razılığı Ukraynanın döyüş meydanında üstünlük əldə etməsinə kömək məqsədi daşıdığı bildirilsə də, bu qərar beynəlxalq arenada müzakirələrə səbəb olub.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr