AZ

Energetika naziri latviyalı həmkarı ilə “yaşıl enerji”nin inkişafını müzakirə edib

Bakı. Trend:

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov iləLatviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında görüşolub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdəhər iki ölkədə bərpa olunan enerji sahəsində həyata keçiriləninkişaf kursu barədə müzakirələr aparılıb.

Məlumata görə, COP29 Sədrliyinin enerji təşəbbüslərinin,Azərbaycanın “yaşıl enerji” istehsalı - ixracı layihələrinin genişcoğrafiyada enerji təhlükəsizliyi və enerji keçidindəəhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabınaelektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerjininpayı 2027-ci ildə 33%-ə, 2030-cu ildə isə 35,5%-ə yüksələcək. Bu,ölkədə “yaşıl enerji” sahəsinin yüksək inkişaf dinamikasından xəbərverir. Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan Avropa vəTürkiyə istiqamətlərində “yaşıl enerji” və ”yaşıl qaz”larıntədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaqməqsədilə enerji saxlanma sistemlərinin tətbiqi ilə bağlı genişfikir mübadiləsi aparılıb. Latviyanın bərpa olunan enerji sahəsindətəcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləridəyərləndirilib.

Seçilən
6
10
az.trend.az

10Mənbələr