Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır:
"Ancaq qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada da böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir”.