AZ

Santuşun uğursuz seriyası – 9 aydır…

Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunu bir xalla sonuncu sırada bitirib və D Liqasına düşüb.

FutbolPress“in məlumatına görə, yığmanın baş məşqçisi Fernandu Santuş təyinatından bu yana hələ qələbə qazana bilməyib. Mütəxəssis 2024-cü ilin iyunun 12-də yığmanın sükanı arxasına gətirilib.

Milli onun başçılığı altında keçirdiyi 6 oyunda 1 heç-heçə edib, 5 dəfə uduzub. Qolların nisbəyi 3-17-dir.

Santuş millidən öncə “Beşiktaş”a rəhbərlik edib. 2024-cü ilin yanvarından aprelinə qədər “qara qartallar”a rəhbərlik edən mütəxəssis sonda uğursuz nəticələrə görə istefaya göndərilib. “Beşiktaş” onun başçılığı altında 16 oyunda 7 qələbə qazanıb, 5 dəfə uduzub. Qolların nisbəti 20-13 olub.

Santuş İstanbul təmsilçisindəki karyerasına uğurlu başlasa da, ardıcıl xal itkiləri istefaya göndərilməsinə səbəb olub. Məşqçi kimi son iki iş yerində sonuncu qələbəsini 2024-cü ilin fevralında Türkiyə Kubokunda “Konyaspor”la qazanıb. “Beşiktaş” bu matçdan sonra ardıcıl 5 görüşdə 3 dəfə uduzub, 2 heç-heçə edib.

Santuş “Samsunspor”la 1:1 hesablı oyundan sonra istefaya göndərilib. Mütəxəssis bundan sonra məşqçi kimi başladığı Azərbaycan yığmasında isə 6 oyunda qələbə qazana bilməyib. 70 yaşlı mütəxəssis ümumilikdə 11 oyundur, qələbəyə həsrətdir.

Kamil Əhməd

Seçilən
11
futbolpress.az

1Mənbələr