AZ

Yaponiyada düyü rekord səviyyədə bahalaşıb

Bu ilin oktyabr ayında Yaponiyada pərakəndə satışda düyünün orta qiyməti 57 faiz artıb.

Bakıvaxtı.az "Yahoo"ya istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, istehsal xərclərinin artması fonunda 60 kiloqram cilalanmamış düyünün orta qiyməti oktyabr ayında 23 820 yenaya (153 dollar) yüksəlib.

Bu, o deməkdir ki, bu ilin oktyabr ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə düyünün orta qiyməti 57 faiz artıb. 

Ümumilikdə Hokkaydo mənşəli "Nanatsuboşi" düyüsü 63 faiz, Akita mənşəli "Akitakomaçi" düyüsü 55 faiz, Yamaqata mənşəli "Tsuyahime" düyüsü 35 faiz və Niigata mənşəli "Koşihikari" düyüsünün qiyməti 22 faiz artıb.

Ekspertlərə görə, düyü qiymətlərinin artması ev təsərrüfatlarının yaşayış xərclərinə təzyiq göstərə bilər.

Gülşən Şərif

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr