AZ

Alimlərdən sensasion kəşf: COVID xərçəng hüceyrələrinə hücum edir və...

ABŞ tədqiqatçıları COVID infeksiyası ilə xərçəng reqresiyası arasında inanılmaz əlaqə tapıblar.

Turkustan.az xəbər verir ki, alimlər xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.

Alimlərin fikrincə, "induksiya olunan qeyri-klassik monositlər" və ya "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir.

Elm adamları sınaq zamanı xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngi üçün müsbət nəticələr aldıqlarını qeyd ediblər.

Bildirilir ki, xüsusi hüceyrələr inkişaf etdirilərək, ənənəvi müalicə üsullarından nəticə almamış xərçəng xəstələri üçün potensial olaraq yeni bir müalicə üsulu yaradıla bilər./publika.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr