Sevdiyiniz şəxsin yalan danışması ən acınacaqlı təcrübələrdən biridir.
Turkustan.az xəbər verir ki, araşdırmalar göstərib ki, qadınlar münasibətlərdə güvənə ehtiyac duyduqlarından bir yalanla bütün həyatları alt-üst ola bilər və qarşısındakı şəxsi silə bilərlər. Əslində, sadə bir yalan yaxşı gedən münasibəti poza bilər və evliliyə inamsızlıq qapısını aça bilər. Bəzən kişilər sırf qadınları razı salmaqdan ötrü yalan danışmalı olduqlarını bildirirlər. Yalan danışmaq şəxsin öz seçimidir və buna görə məsuliyyət daşıyır.
Kişilərin qadınlara sıx-sıx söylədiyi 10 yalanı sizə təqdim edirik;
1. Hazırladığın yemək əladır
2. İclasdayam
3. Telefonum səssizdə qalıb, zəngini eşitməmişəm
4. Həyatımda gördüyüm ən gözəl qadınsan
5. Bu mövzunu sonra müzakirə edərik
6. Səndən başqasına baxmıram
7. Kök deyilsən
8. Bağışla, çox üzgünəm
9. Yoldayam, gəlirəm
10. Sən həyatımda ilksən.