AZ

Trampın yeni hökumətində təmsil olunacaq nazirlərin ADLARI

ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp yanvarda başlayacaq ikinci prezidentlik müddəti üçün kabinetini formalaşdırmağa başlayıb
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Trampın yeni hökumətində təmsil olunacaq nazirlərin adları bəlli olub.

Tramp Ağ Evin Aparat rəhbəri vəzifəsinə Susi Vaylsı, konqresmen Elise Stefaniki isə Birləşmiş Ştatların BMT-dəki (BMT) daimi nümayəndəsi təyin edəcək.
 
Tramp Cənubi Dakota ştatının keçmiş qubernatoru Kristi Noemi Daxili Təhlükəsizlik Departamentinə təyin edib. Koronavirus dövründə ştatda məhdudiyyətlər qoymadığı bilinən Noem Trampın sərt miqrasiya siyasətini dəstəkləyir.

Tramp müdafiə naziri vəzifəsinə əvvəllər hərbi təcrübəsi olmayan Fox News-un aparıcısı Pit Heqseti seçib.
 
Heqsetin müdafiə naziri vəzifəsinə namizədliyi müzakirələrə səbəb olub.

İkinci dəfə prezident seçilən Tramp dostu Steven Vitkofu Yaxın Şərq üzrə xüsusi nümayəndəsi təyin edib.

O, keçmiş konqresmen Li Zeldini ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbər təyin edəcəyini açıqlayıb. Qeyd edək ki, Zeldinin ətraf mühitdə heç bir peşəkar təcrübəsi yoxdur.
 
Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin edilən Mayk Vals 1996-cı ildə ABŞ ordusunda leytenant kimi karyerasına başlayıb və Əfqanıstanda bir çox missiyalar həyata keçirib. Hərbi karyerasından sonra Vals Pentaqonun müdafiə siyasəti üzrə direktoru vəzifəsində çalışıb və eyni zamanda Ağ Evdə vitse-prezidentin terrorla mübarizə üzrə müşaviri vəzifəsində çalışıb. Çinə qarşı sərt siyasətlərin tərəfdarı olan Vals həm də müharibə veteranıdır.

Trampın ilk dövründə İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyini idarə edən Tom Homan gömrük rəhbəri vəzifəsinə təyin olunub.

2020-2021-ci illərdə Milli Kəşfiyyatın direktoru vəzifəsində çalışmış keçmiş konqresmen Con Ratkliff yeni kabinetdə yenidən bu vəzifəni icra edəcək.
 
Həmçinin Tramp ədaha bir sahibkar, şirkət rəhbəri Linda MakMahonu Təhsil Nazirliyinə namizəd kimi irəli sürüb. Təhsil sahəsində təcrübəsi olmayan Makmahon Trampın komandasının həmsədri vəzifəsində çalışıb.

Mikayıl
Seçilən
20
azxeber.com

1Mənbələr