AZ

Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir"

Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib:

“Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycan qətiyyətlə irəliləyir”.

R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:

"Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha "yaşıl" və daha bağlı gələcəyə doğru irəliləyir”.

Seçilən
22
9
aznews.az

10Mənbələr