AZ

Beynəlxalq aktivistlər ABŞ-nin Ukraynaya mina tədarükünü tənqid edir – ÖZƏL

Beynəlxalq aktivistlər qrupu ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minalar təqdim etmək qərarını sərt şəkildə tənqid edib. Onların fikrincə, Ağ Ev rəhbəri "dəhşətli" bir qərar qəbul edib. 

Olaylar.az xəbər verir ki, bu barədə AFP qəzeti məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, piyada əleyhinə minalarla mübarizə üzrə beynəlxalq qrup ABŞ rəhbərliyinə qarşı tənqidi açıqlama yayıb. Onlar Bayden administrasiyasının qərarını "dəhşətli" adlandırıblar:

"Piyada əleyhinə minaların qadağan olunması üzrə Beynəlxalq Kampaniya bu dəhşətli ABŞ qərarını qınayır. Kampaniyanın bütün iştirakçıları ABŞ-ni bu qərarı ləğv etməyə məcbur etmək üçün çalışacaq."

Aktivistlər, həmçinin, Ukraynaya çağırış edərək Vaşinqton tərəfindən təqdim edilən bu silahları tətbiq etməməyə və bunu açıq şəkildə bəyan etməyə səsləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
olaylar.az

1Mənbələr