AZ

Millimizin 270-cisi

Azərbaycan millisində növbəti debüt gerçəkləşib.

İdman.biz xəbər verir ki, Zamiq Əliyev yığmada ilk oyununu keçirib.

Bu, Millətlər Liqasının VI turunun İsveçlə səfər matçına təsadüf edib. 23 yaşlı müdafiəçi görüşün ikinci hissəsində meydana çıxıb.

Zamiq milli komandamızın 32 illik tarixində 270-ci futbolçu olub. Bunadək keçirilən 304 matçda 269 oyunçu şans qazanmışdı.

Əliyev həm də indiki baş məşqçi Fernandu Santuşun dövründə debüt edən 2-ci futbolçudur. Portuqaliyalı ilk 5 matçda yalnız Vadim Abdullayevə debüt imkanı verib.

Qeyd edək ki, millimizin İsveçə 0:6 hesabı ilə uduzub.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr