AZ

Qəzza ilə bağlı mühüm konfrans ləğv edildi

Fransada, Fələstin əsilli Avropa Parlamentinin (AP) solçu "Boyun Əyməyən Fransa" (LFI) partiyasının üzvü Rima Həsənin paytaxt Parisdəki bir universitetdə verəcəyi konfransa "ictimai asayişə zərər verəcəyi" səbəbiylə icazə verilməyib. 

"Cebheinfo.az" xəbər verir ki, AP üzvü Həsən "X" hesabında yazdığı yazıda noyabrın 22-də Parisdə "Sciences Po" Universitetində keçiriləcək konfransın ləğv edildiyini açıqlayıb.

Konfransın “ictimai asayişə zərər verəcəyi” səbəbi ilə ləğv edildiyini bildirən Həsən, universitet rəhbərliyinin bu qərarını Qəzzada soyqırımı inkar edən səsləri susdurmaq cəhdi və bunun qəbuledilməz olduğunu bildirib.

İsrailin Qəzzaya hücumlarının başlamasından sonra Həsənin Fransa universitetlərində Qəzza ilə bağlı konfransları dəfələrlə ləğv edilib.

Fələstinin tərəfdarı olan AP üzvü Həsən "terror təbliğatı" apardığı səbəbilə Fransa polisi tərəfindən ifadə verməyə çağırılıb.

Seçilən
13
cebheinfo.az

1Mənbələr