AZ

Deputat taksi çatışmazlığından şikayətləndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çox yaxşı olardı ki, elektrik avtomobillərinin satışı və ehtiyat hissələrinin gətirilməsi ƏDV-dən azad edilsin".
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, velosipedlərin də ölkəmizdə istifadəsi genişlənir, yaşıl iqtisadiyyatın ölkəmizdə təşviqi var:
"Ona görə də velosipedlərin də ehtiyat hissələri ƏDV-dən azad edilsə, yaxşı olar. Digər problem isə odur ki, hazırda bazarda taksi çatışmazlığı var. Köhnəlmiş maşınlar taksi kimi istifadədən çıxarılır, 15 ildən artıq istifadə edilmiş maşınlara taksi fəaliyyətində qadağa qoyulur. Çox yaxşı olardı ki, prioritetlərdə taksi bazarının yenilənməsi ilə bağlı təşviqlər də öz əksini tapsın".
Seçilən
8
8
oxu.az

9Mənbələr