AZ

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaq - Uraloğlu

Bakı. Trend:

Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağaçalışacaq.

Trend xəbər verir ki, bubarədə Türkiyənin nəqliyyat və infrastruktur naziri AbdulkadirUraloğlu mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaqlazımdır.

“Şəhərlərdə elektrikli yerüstü və yeraltı nəqliyyatlardanistifadəni təşviq edirik. Hava, dəniz və quru yollarının ticarətdəböyük önəmi var. Azərbaycanın da daxil olduğu Orta DəhlizdəTürkiyədə yerləşir. Orta Dəhlizdə elektrik mühərrikli qatarlardanistifadə imkanlarını araşdırırıq. Biz də elektrik mühərrikliqatarlar istehsal etməyə başlamışıq”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr