AZ

Türkiyə gözəli futbol klubunun prezidenti seçildi - "Qadın baş məşqçi gətirəcəm" (FOTOLAR)

Orta məktəb illərində futbol oynamağa başlayan Türkiyə gözəli, 23 yaşlı Nevide Çiçək hazırda "1207 Antalyaspor" Qadın Futbol Klubunda top qovmaqla yanaşı, "Çakallıklı Spor" kişi futbol komandasının prezidenti seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "gözəllik kraliçası" bunlarla yanaşı, həm də modellik edir, serial və filmlərə çəkilir.

Ötən gün isə "Çakallıklı Spor"un prezidenti seçilən Nevide Çiçək bildirib ki, futboa aşiqdir: "Futbolsuz dayana bilmirəm. Bu dəfə kişi klubunun prezizdenti kimi də özümü sınayacam. İlk işim isə komandanın başına qadın baş məşqçi gətirmək olacaq".

Zülfiyyə Mustafayev

MİA.AZ

Seçilən
6
1
mia.az

2Mənbələr