AZ

Rusiyada kvest oyunu dəhşəti: Animator yeniyetmə qızlara xəsarət yetirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Ufa şəhərində (Başqırdıstan Respublikası) ictimaiyyəti dəhşətə gətirən hadisə baş verib.
Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiyanın region üzrə İstintaq Komitəsi məlumat verib.
Məlumata görə, altı yeniyetmə qız qorxulu kvest oyunu zamanı şiddətə məruz qalıb. Oyunun animatorlarından biri qızlara qarşı elektroşokerdən istifadə edib və kobud fiziki güc tətbiq edib.
Bu əsassız hərəkətlər nəticəsində 12 yaşlı iki məktəbli qız xəsarət alıb, hətta onlardan birinə təcili tibbi yardım tələb olunub.
Hadisə "Kvest dəhşəti" adlı məşhur əyləncə tədbiri zamanı baş verib. Ancaq uşaqlar üçün maraqlı bir macəra kimi nəzərdə tutulan tədbir əsl kabusa çevrilib. Animator bütün hədləri aşaraq, hərəkətləri ilə uşaqların oyun haqqında təəssüratını korlamaqla yanaşı, həm də onların sağlamlıqlarını təhlükə altına atıb.
İstintaq Komitəsi artıq istehlakçılara göstərilən xidmətlərin təhlükəsizliyinin pozulması maddəsi ilə cinayət işi açıb. Hadisənin başvermə şəraiti araşdırılır.
Seçilən
47
1
oxu.az

2Mənbələr