AZ

"Milan"ın hücumçusu Türkiyə klubuna keçə bilər

"Milan"ın hücumçusu Luka Yoviç növbəti mövsümdə Türkiyə Super Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Göztepe" yayda İtaliya klubu ilə müqaviləsi başa çatan serb futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İzmir klubu gələn ilin iyun ayında azad agent statusunda olacaq 26 yaşlı forvardla danışıqlara start verib. Tərəflər maaş məsələsində anlaşa bilsə, məşhur hücumçu "Göztepe" ilə sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Milan" Luka Yoviçi ötən ilin yayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
53
sportal.az

1Mənbələr