AZ

Arda Güler üzr istədi

style='margin-bottom:10px;'>

Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Güler ötən gecə Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzduqları matç (1:3) haqqında danışıb.

QOL.az xəbər verir ki, bu məğlubiyyətlə Türkiyə millisi B Liqasının 4-cü qrupunda 11 xalla 2-ci yeri tutub. Nəticədə komanda A Liqasına birbaşa vəsiqəni əldən verib. Türkiyə millisi gələn ilin mart ayında A Liqasına yüksəlmək üçün pley-off oyunu keçirəcək.

Arda Güler isə belə bir şansı dəyərləndirə bilmədikləri üçün Türkiyə xalqında üzr istəyib. 19 yaşlı yarımmüdafiəçi söyləyib:

 "Deyə biləcəyim bir şey yoxdur. Komanda olaraq xalqımızdan üzr istəyirik. Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq. Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik. Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik". 

Qeyd edək ki, B Liqasının 4-cü qrupundan lider kimi A Liqasına birbaşa vəsiqə qazanan komanda Uels olub (12 xal). 

 

Seçilən
45
3
teleqraf.com

4Mənbələr