AZ

Yalçın Rəfiyev: "Bu gün bəzi sənədlər barədə açıqlama olacaq"

"Biz tərəflərə yekun razılaşmanın əldə edilməsində qərarlı göründüklərinə görə təşəkkür edirik. Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır".

Musavat.com xəbər verir ki, bu fikirləri COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Davam edən proseslər haqqında açıqlama verən Y. Rəfiyev deyib ki, adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi və BƏƏ ilə razılaşma üzərində iş gedir:

"Sözügedən sənədlərin yarısı barədə bu gün axşam saatlarında açıqlama verəcəyik. Mətnlər üzərində işin yekunlaşması üçün ən vacib məsələlər müzakirə edilməli, fərqli həll variantları və təkliflər müəyyənləşdirilməlidir. Nəticədə burada verilən qərarlar sayəsində Paris İqlim Razılaşmasının birinci onilliyindən ikinci onilliyinə keçidə hazırlıq tamamlanacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr