AZ

“Bu qədər böyük tədbirə ev sahibliyi etmək cəsarətlidir” – Türkiyəli nazir

Türkiyə nəqliyyat və infrastruktur naziri Adbulkadir Uraloğlu COP29 konfransına gəlib.

Bizim.Media xəbər verir ki, nazir konfrans müddətində aparılan danışıqlara diqqət çəkib və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Türkiyənin səylərini, görülən tədbirləri dilə gətirib.
 

O, mediaya açıqlamasında konfransın təşkili ilə bağlı ilk təəssüratlarını da bölüşüb.


"Bu qədər böyük tədbirə ev sahibliyi etmək cəsarətlidir. Hər şey gözəl planlanıb, insanların oturuşundan tutmuş hərəkətlərinə qədər hər bir ehtiyac düşünülüb".

Nuray, Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr