AZ

“Boko Haram”ın hücumu zamanı 5 əsgər öldü

Nigeriyada "Boko Haram" qruplaşmasının hərbçilərə hücumu zamanı 5 hərbi qulluqçu həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media məsələləri üzrə rəsmisi Edvard Buba məlumat verib. 

O bildirib ki, Borno əyalətinin Qubio müdafiə bölgəsində yerləşdirilən əsgərlər "Boko Haram" qruplaşmasının hücuma məruz qalıb. 

Edvard Buba hücumda 5 əsgərin həyatını itirdiyini, 10 əsgərin yaralandığını, 4 əsgərin isə itkin düşdüyünü bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən etibarən həyata keçirdiyi kütləvi terror aktlarında 10 minlərlə insan həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.

“Boko Haram” terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir. 

Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.

Seçilən
53
cebheinfo.az

1Mənbələr