AZ

Ağdam yeni inkişaf və tərəqqi dövrünü yaşayır



"4 il əvvəl işğaldan azad edilən Ağdam bu gün özünün yeni dövrünü, quruculuq-abadlıq mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənustanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasnın rəhbəri Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Ağdam Şəhər Günü ilə bağlı danışarkən səsləndirib. İctimai Birlikm sədri deyib ki, Ağdam rayonu da digər işğal edilmiş şəhər və rayonlarımız kimi işğal illərində erməni vandalizminin qurbanına çevrilib:

"Şəhər dağıdılıb və xarabalığa çevrilmişdi. Demək olar ki, işğal edilmiş şəhər və rayonlardan ən çox vandallığa məruz qalan, ən çox dağıdılan da məhz Ağdam şəhəri olmuşdur. Təsadüfi deyil ki, 2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırmışdı. “Əl-Cəzirə”telekanalının internet nəşri isə işğaldan sonra Ağdamda hazırlanan reportaja əsasən buranı "ruhlar şəhəri" siyahısına salmışdı".

Arzuman Muradlı qeyd edib ki, Ağdam işğaldan azad edildikdən etibarən burada sürətli şəkildə quruculuq-abadlıq işlərinə başlanılıb:

"Artıq 4 ildir ki, Ağdama yeni nəfəs, yeni həyat qayıdıb. Qısa müddətdə inşa edilən yaşayış binaları, salınan kənd və qəsəbələr, yaradılan insrastruktur Ağdama vaxtından əvvəl qayıdışı təmin edib. Hazırda da Ağdamda quruculuq-abadlıq işləri uğurla davam edir".

İctimai Birlik sədri onu da qeyd edib ki, bu gün nəinki ağdamlılar, eləcə də bütöv Azərbaycan xalqı Ağdam Şəhər Gününü böyük coşqu, fəxrlə qeyd edir, bu sevinci bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusu ilə fəxr edir.

Süleyman
Seçilən
21
newscenter.az

1Mənbələr