AZ

Xalq şairindən Azərbaycan millisi ilə bağlı TƏKLİF: "Bu komandalarla oynasınlar"

Məncə Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır. 

News24.az xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…", - deyə o qeyd edib.

Xatırladaq ki, UEFA Millətlər Liqasının qrup mərhələsində 54 komanda çıxış edib. Sonuncu turda İsveçə səfərdə 0:6 hesabı ilə uduzan Azərbaycan millisi D Liqasına düşüb.

Aynurə

Seçilən
12
news24.az

1Mənbələr