Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı təxribatlara uymamağa, sülhə diqqət yetirməyə çağırıb.
Bu barədə o, G20 sammitinin keçirildiyi Rio-de-Janeyrodan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Biz gözləyirik və arzu edirik ki, Ukrayna və Rusiya tərəfləri sülhə, sakitliyə və təxribatlara boyun əyməməyə diqqət etsinlər”, – RİA Novosti Ərdoğanın sözlərindən sitat gətirir.
Türkiyə lideri hər iki tərəfi diqqətli olmağa çağırıb və “barut çəlləyinə od əlavə edə biləcək” səhvlərə qarşı xəbərdarlıq edib.
Bundan əvvəl Vladimir Zelenski Rusiyaya ABŞ raketləri ilə zərbə endirmək üçün icazə aldığını təsdiqləyib.
DOĞRU.AZ