AZ

FİFA “Barselona”ya 3 milyon avro təzminat ödəyəcək

“Barselona” Ronald Arauxonun Uruqvay millisində olarkən aldığı zədəyə görə təzminat alacaq.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA uruqvaylı futbolçunun millidə olarkən aldığı zədəyə görə Kataloniya klubuna 3 milyon avro məbləğində təzminat ödəyəcək.

25 yaşlı müdafiəçi iyulda, Amerika kubokunun 1/4 finalında Braziliya millisi ilə matçda zədələnmişdi. O, həmin vaxtdan meydanda görünmür, heç vaxt “Barselona”nın yeni çalışdırıcısı Hans-Diter Flikin rəhbərliyi altında oynamayıb.

Arauxonun yenidən meydana qayıtması dekabr ayına planlaşdırılıb. O, 2018-ci ildən “Barselona”nın rənglərini qoruyur.

Kristensen əməliyyat olunub

Kundeyə Premyer Liqadan təklif

Renat Dadaşov məşqlərə start verib

“Bavariya”dan Musialaya jest 

Amorim 7 futbolçu ilə vidalaşacaq

Seçilən
7
apasport.az

1Mənbələr