Bakı. Trend:
Almaniyanın Şkopau şəhərində Zəfər Günü münasibətilə beynəlxalqsəviyyəli boks turniri keçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Maqdeburq şəhərində fəaliyyət göstərən “OdlarYurdu” Boks klubunun və Şkopau şəhərinin “Der MSV BUNA” idmanqurumunun birgə təşkilatçılığı ilə baş tutan turnirdə 100-ə qədəryeniyetmə və uşaq idmançı öz gücünü sınayıb.
Klubun Azərbaycan bayrağı altında rinqə çıxan boksçuları TimurBatçayev, Lukas Kirxner və Feysale Lebenda turnirin qaliblərindənolub.
“Odlar Yurdu” Boks klubunun rəhbəri, peşəkar boks üzrə dünyaçempionu Azad Əzizov Zəfər Günü münasibətilə idman yarışlarınıntəşkilinin gözəl bir ənənə olduğunu söyləyib. Göstərdikləri dəstəyəgörə Diasporla İş üzrə Dövlət Komitəsinə və AzərbaycanınAlmaniyadakı Səfirliyinə təşəkkürünü bildirib.