AZ

Rusiyanın səhm bazarı çökdü - 2 milyard itirdi

Xarici siyasət eskalasiyası ilə əlaqədar Moskva birjasının indeksi çöküb.

Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya fond bazarı çərşənbə axşamı Ukrayna ətrafında geosiyasi gərginliyin artması ilə bağlı əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Moskva Birjası indeksi 2630 punkta düşüb, bu, sentyabrın əvvəlindən bəri ən sürətli tempdir.

Moskva Birjasının indeksi 3,3% azalaraq 2630,51 bənd (sessiya minimumu - 2623,59 bənd), RTS indeksi 3,4% azalaraq 828,38 bənd təşkil edib; Moskva birjasında əksər mavi çiplərin qiyməti 5,6% azalıb.

Birjada praktiki olaraq yüksələn səhm olmayıb.

Xatırladaq ki, bazar günü ABŞ ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün 300 km mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib və çərşənbə axşamı gecəsi Bryansk vilayətindəki hərbi bazaya ilk belə zərbə endirilib.

Nərmin
Milli.Az

Seçilən
5
1
milli.az

2Mənbələr