AZ

Dünənki oyun barədə deyiləsi heç bir söz yoxdur...

Dünən İsveç millisi ilə qarşılaşan milli komandamız 6:0 hesabı ilə məğlub olub. Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz D divizionuna düşüb.

 

Modern.az-a danışan Şamaxı futbol klubunun baş məşqçisi Ayxan Abbasov bildirib ki, dünənki oyun barədə deyiləsi heç bir söz yoxdur:

 

“Hər şey göz önündədir. Ağır məğlubiyyətdir, hamımız üçün çətindir. Bu dəqiqə günahkar axtarmağa da məncə ehtiyac yoxdur. Çünki hər kəs əl-ələ verməli, bu vəziyyətdən çıxmalıyıq”.

 

O qeyd edib ki, futbolumuzda olan vəziyyət bu günün, 1 ay əvvəlin problemi deyil:

 

“Düşünürük ki, hansısa oyunçu oynasaydı, hansısa baş məşqçi olsaydı daha yaxşı olardı. Bütün bu problemlər illərlə üst-üstə yığılan səhvlərin nəticəsidir. Hər kəs futlomuzun problemlərini bilir, bu problemlər az deyil. Hamı bilir ki, akademiyalarımız olmalıdır, hazırlıqlar aşağı yaşlardan başlanılmalıdır. Ən böyük problemimiz isə meydança problemidir. Eyni zamanda biz yanaşmamızı dəyişməliyik, ancaq məşqçi və futbolçuları günahkar görürük. Bunu dəyişməklə günü-gündən aşağı gedirik. Demək ki, fikirləri, yanaşmaları, futbola baxışları dəyişməliyik. Bunlar dəyişməsə, futbolumuz belə də gedəcək".

Seçilən
9
modern.az

1Mənbələr