AZ

Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yayıldı - FOTO

Həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yayılıb. 


Sfera.az manset.az-a istinadən xəbər verir ki, fotonun Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə Bakıda keçirilən toyda çəkildiyi bildirilir. 

 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.

Seçilən
21
19
sfera.az

10Mənbələr